Həmrəylik günümüz mübarək!

   31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Hansı ölkədə yaşamasından asılı olmayaraq, vətənini Azərbaycan sayan hər bir insan bu gündə həmrəylik nümayiş etdirir . Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur.

   Dekabrın 29-da 7B sinfində “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə "Dəyirmi masa" keçirilib.  "Dəyirmi masa"da bu bayramın yaranma tarixdən , dünya azərbaycanlılarının birliyinin əhəmiyyətindən  danışılıb. Qeyd olunub ki, azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi