Şərəfli ömür yolu

   Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Ceyran Qasımovanın təşkilatçılığı ilə 7E sinfində görkəmli ədəbiyyatşünas, əməkdar elm xadimi, akademik Həmid Araslının anadan olmasının 110 illiyinə həsr olunmuş "Dəyirmi masa" keçirilib. Şagirdlər görkəmli alim Həmid Araslının çoxcəhətli elmi fəaliyyətindən, Azərbaycan ədəbiyyatı tarixinin formalaşmasında və inkişafındakı misilsiz xidmətlərindən danışıblar.

  "Dəyirmi masa"da müəllim şagirdlərə Həmid Araslı haqqında dolğun məlumat verib, onun Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqatlar apardığını, xalqımızın ölməz abidəsi olan "Kitabi-Dədə Qorqud"un Azərbaycanda ilk tədqiqatçısı kimi tanındığını şagirdlərin diqqətinə çatdırıb.

  7E sinif şagirdlərinin və müəllimlərin iştirakı ilə keçirilən tədbirdə Həmid Araslı yaradıcılığı, onun keçdiyi həyat yolu, yaradıcılıq fəaliyyəti geniş şəkildə şagirdlərin  təqdimatlarında dinlənilib.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi