IX sinif şagirdlərinin növbəti monitorinqi

   90 nömrəli tam orta məktəbdə 27.12.2019 tarixdə Bakı Şəhər Təhsil İdarəsi tərəfindən məktəbin IX sinif şagidləri üçün Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə növbəti monitorinq keçirilib. Məqsəd şagirdlərin müvafiq fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyəsinin ölçülməsi, onlarda müxtəlif fənlərə olan marağının artırılmasıdır. Üç fənn üzrə aparılan qiymətləndirmə şagirdlərin Azərbaycan dili, riyaziyyat və xarici dil bacarıqlarını və biliklərini yoxlamağa xidmət edib. IX siniflərdə qiymətləndirmə BŞTİ tərəfindən hazırlanmış testlər vasitəsilə həyata keçirilib. Testlər həm Azərbaycan ,həm də rus bölməsi üçün iki variantda tərtib olunub. İmtahan vaxtında yekunlaşıb və nəzarətçi müəllimlər tərəfindən imtahanın şəffaf keçirilməsinə xüsusi nəzarət olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi