Biz qalibik!

 

  Gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması məqsədilə davamlı  olaraq məktəbimizin şagirdləri inşa yazı müsabiqələrində iştirak edirlər. Sabunçu rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Xalqa bağışlanan ömür" mövzusunda Sabunçu rayonu tam orta məktəblərinin şagirdləri arasında keçirilmiş inşa yazı müsabiqəsində 8D sinif şagirdi Leyla Əliyeva  I yerə layiq gorülüb . Şagirdimiz Sabunçu Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla mükafatlandırılıb.

  90 nömrəli tam orta məktəbin direktoru Yeganə Məhərrəmova 8D sinif şagirdi Leylanı bu nailiyyətinə görə təbrik edib, ona daha da yüksək nəticələr əldə etməyi arzulayıb. Həmçinin 8D sinfinin Azərbaycan dili və ədəbiyyatı müəllimi  Xalidə Bayramovaya təşəkkürünü bildirib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi