Məktəbimizin uğuru

  25.12.2019-cu il tarixdə Sabunçu Gənclər Evində  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2018-2019-cu tədris illərində gənc nəslin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi sahəsində keçirilən tədbirlərdə idarə ilə fəal əməkdaşlıq edən tərbiyə işləri üzrə direktor müavinləri (təşkilatçılar) və UBR-lərinin yekun hesabat iclası və mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə fərqlənmiş nümayəndələr Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırılıb. Mükafatlandırılanlar arasında 90 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqova da olub .O,  fəxri fərmanla təltif olunub.

  Məktəbimiz adından Aygün Sadıqovanı təbrik edir, ona işlərində uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi