Qori Müəllimlər Seminariyasının 100 illiyinə həsr edilmiş " Dəyirmi masa"

 Görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax Müəllimlər Seminariyası bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı yeni təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verib. Qazax Müəllimlər Seminariyası müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinə gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi üçün zəngin irs qoyub.

 Dekabr ayının 20-də 90 nömrəli tam orta məktəbin kitabxanasında Qazax Müəllimlər Seminariyasının 100 illiyinə həsr olunmuş "Dəyirmi masa" keçirilib. Məktəbin  Azərbaycan dili müəllimi Günel Cəfərova və kitabxanaçı Minayə Əzimovanın başçılığı ilə keçən "Dəyirmi masa"da Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi səbəbləri və s. məsələlərin müzakirəsi aparılıb. Şagirdlərin mövzu ilə bağlı təqdimatları maraqla qarşılanıb. "Dəyirmi masa"da nümayiş olunan videoçarxda şagirdlər Qori Müəllimlər Seminariyasının Qazax şöbəsi haqqında ətraflı şəkildə məlumat əldə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi