9R sinfində tarix fənnindən maraqlı "Açıq dərs"

  Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş soyqırım tariximizin faciəli səhifələrindən biridir və hər bir azərbaycanlının tarixi taleyinə qanla yazılmışdır. 

 20.12.2019 tarixdə məktəbimizin tarix müəllimi Arzu Abbasovanın 9R sinfində "Şimali Azərbaycanda türk-müsəlman əhalisinin soyqırımı" mövzusunda " Açıq dərs"i baş tutub. "Açıq dərs"in mahiyyəti şagirdlərə vətənpərvərlik hissini aşılamaq olub. Mövzu ilə bağlı şagirdlərə verilmiş tapşırıqlar kiçik qruplar tərəfində böyük həvəslə yerinə yetirilib. Uşaqların fəallığı dərsin gedişini daha da maraqlı edib.Qrup liderləri və üzvləri sualları ətraflı cavablandırıblar. 

  Sonda müəllim ev tapşırıqlarını verərək qiymətləndirmə aparıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi