Valideynin məktəbdə bir günü

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri ilə həyata keçirilən “Valideynin məktəbdə bir günü” layihəsi bu tədris ili üçün 90 nömrəli tam orta məktəbdə 20.12.2019-cu il tarixində reallaşıb. “Valideynin məktəbdə bir günü” adlı layihənin təşkil olunmasının əsas məqsədi müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirməkdən ibarətdir.

  Valideynlər məktəb rəhbərliyi tərəfindən qarşılanıb . Daha sonra valideynlər məktəb mühiti ilə tanış olub, onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verilib. Valideynlərin iştirakı ilə tədris prosesini izləmək üçün dərs müşahidələri keçirilib ,onlar övladlarının təhsil aldıqları siniflərdə dərsdinləmələrdə iştirak ediblər və  tədrisin gedişatını əyani olaraq müşahidə ediblər. Onların arzu və istəkləri, problemləri məktəb rəhbərliyi və müəllim kollektivi tərəfindən dinlənilib. Valideynləri narahat edən və maraqlandıran məsələlərə rəhbərlik tərəfindən aydınlıq gətirilib.

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi