Ölkəmizin zəngin coğrafi mövqeyi

   Azərbaycan mineral faydalı qazıntı yataqları ilə zəngindir. Ölkəmiz çox qədim zamanlardan öz təbii sərvətləri ilə dünyanın diqqətini cəlb etmişdir.

   Vətənpərvər şagird yetişdirmək üçün onlara dilimizi, tariximizi və coğrafiyamızı dərindən öyrətmək zəruridir. Bu məqsədlə 19.12.2019 tarixdə məktəbimizin coğrafiya müəllimi Ülviyyə Kamilovanın 7R sinfində "Azərbaycan Respublikasının faydalı qazıntıları" mövzusunda "Açıq dərs"i olub. Şagirdlər Azərbaycan Respublikasında olan yanacaq, filiz və qeyri-filiz faydalı qazıntıları, onların geoloji quruluşla əlaqəsi,  hansı amillərdən asılı olaraq yayılma xüsusiyyətləri və iqtisadiyyatda rolu haqqında geniş informasiya mübadiləsi və müzakirəsi aparıblar. 

Yeni təlim üsulu ilə keçən dərsdə şagirdlər qrup tapşırıqlarını düzgün yerinə yetiriblər, fəllıq nümayiş etdiriblər.Yaradıcı tətbiqetmə mərhələsində tapşırıqların yerinə yetirilməsində xəritə və cədvəllərdən istifadə olunub.

   Sonda şagirdlərin bilik və bacarıqları müxtəlif meyarlara uyğun qiymətləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi