8B sinfində "Açıq dərs"

   10 dekabr 2019-cu il tarixində 90 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Hacıyeva Bəyimxanımın 8B sinfində “Litosfer tavaları"” mövzusunda "Açıq dərs"i olub. Dərsdə müasir təlim metodlarından istifadə edilib. "Açıq dərs"in keçirilməsində əsas məqsəd şagirdlərdə izah etmə xüsusiyyətini aşılamaq, sərbəst şəkildə təqdimat etmə, xəritədə axtarış aparmaq, müəyyənləşdirmə bacarıqlarını inkişaf etdirmək olub .

  " Açıq dərs"də məktəbin direktoru , təlim-tərbiyə işləri üzrə direktor müavini  və coğrafiya müəllimləri iştirak edib. İnteraktiv təlim metodlarına əsaslanan bu dərs şagirdlərin fəallığı şəraitində keçib və müşahidə edənlərdə xoş təəssürat yaradıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi