IX sinif şagirdləri üçün növbəti diaqnostik imtahan keçirilib

  14 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublıkası Təhsil Nazirliyi tərəfindən 90 nömrəli tam orta məktəbdə IX sinif şagirdləri üçün növbəti diaqnostik imtahan təşkil olunub. Obyektivliyin təmin edilməsi məqsədi ilə keçirilən monitorinqdə şagirdlər  Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərindən imtahan veriblər. Monitorinqdə nəzarətçi müəllimlər məktəb rəhbərliyinin təyin etdiyi komissiya tərəfindən müəyyənləşdirilib. Təyin olunmuş nümayəndələr bina rəhbəri olaraq 9:30-da məktəbdə olublar. Sinif protokolu sənədi hər bir sinif nəzarətçisinə çap edilərək verilib. İmtahan saat 10:30 başlayıb. İmtahan vaxtında yekunlaşıb və nəzarətçi müəllimlər tərəfindən imtahanın şəffaf keçirilməsinə xüsusi nəzarət olunub. İmtahan bitdikdən sonra cavab kartları sayılaraq , protokoldakı məlumatlarla tutuşdurularaq təsdiqlənib və məsul şəxs tərəfindən kurator məktəblərdən gələn nümayəndəyə təhvil verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi