Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlərin keçirilməsi davam edir

   90 nömrəli tam orta məktəbdə müasir Azərbaycanın memarı və qurucusu  Heydər  Əliyevin vəfatının 16-ci ildönümü ilə  əlaqədar silsilə anım tədbirləri keçirilib. Tədbirlərdə ümummilli liderin  xüsusilə elm və təhsilin inkişafına həmişə böyük diqqət və qayğı göstərdiyi, azərbaycanlı gənclərin respublikadan kənarda təhsil alması üçün geniş imkanlar yaratdığı vurğulanıb. Anım tədbirlərində şagirdlər   Ulu Öndərə həsr edilmiş şeirlər və onun  aforizmə çevrilmiş  kəlamlarını səsləndiriblər, maraqlı divar qəzetləri, rəsm əsərləri sərgiləyiblər. 

   Müxtəlif "Dəyirmi masa"larda  ümummilli lider Heydər Əliyevin keçdiyi nümunəvi həyat yolu, Azərbaycan Respublikasının qurucusu, müasir Azərbaycan tarixinin yaradıcısı kimi gördüyü işlər və  onun siyasi fəaliyyətini özündə əks etdirən videoçarxlar,fotostendlər nümayiş etdirilib.

   Ölümü ilə ölümsüzlüyə qovuşan, dünyasını dəyişdiyi 12 dekabr 2003-cü il tarixini belə, xalqının birlik, bütövlük rəmzinə, simvoluna dönən, Fəxri Xiyabanın Fəxri  sakininə çevrilən, dövlət-xalq, lider-varis münasibətlər sistemində əbədiyaşarlıq qazanan, azərbaycançılıq məfkurəsi ilə hər bir azərbaycanlının qürur mənbəyi olan Ulu Öndərimiz Azərbaycan xalqı var olduqca olacaq, hər birimizi Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir nidasına inandıracaq! 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi