ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ "DƏYİRMİ MASA"

   Dekabrın 11-də 90 nömrəli tam orta məktəbin tarix müəllimi Mirzəyev Maqsud 8D sinfində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş "Dəyirmi masa" keçirib. "Dəyirmi masa"da dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən danışılıb. Müəllim Ulu Öndərin göstərdiyi misilsiz xidmətlərdən söz açaraq parlaq şəxsiyyətin fəaliyyətini araşdırdıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasını heyrətamiz hiss kimi səciyyələndirib.Dahi şəxsiyyətin Azərbaycanın müstəqilliyi, çiçəklənməsi naminə həyata keçirdiyi genişmiqyaslı layihələr, ölkəmizin dünyada tanınması üçün atdığı addımlar barədə şagirdlərə geniş məlumatlar çatdırılıb. Şagirdlər , həmçinin Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafı, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi uğrunda gördüyü işlər barədə danışıb. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi