İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ağacəkmə kampaniyası keçirilib

   06.12.2019-cu il tarixdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi təşəbbüsünə 90 nömrəli tam orta məktəbin rəhbərliyi ,müəllim və şagird kollektivi də qoşulmuşdur. Bu möhtəşəm aksiya nəticəsində illər gələcək, bu gün əkilən ağaclar böyüyəcək, Azərbaycanın ekologiyasının daha da sağlamlaşmasına, insanların rahatlığına və həyatının gözəlləşməsinə xidmət göstərəcək.

   İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası dahi şairin xatirəsinə xalqımızın dərin hörmət və ehtiramını ifadə edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi