Riyaziyyatı kəşf edirik və öyrənirik

  8B sinfinin riyaziyyat müəllimi Süleymanova Minarə 27.11.2019 tarixində "Dördbucaqlının daxili və xarici bucaqları" mövzusunda  "Açıq dərs" keçirib. Dərs şagirdlərin fəal iştirakı ilə diskussiya şəklində keçib,hamının marağına səbəb olub. Şagirdlərdən Hüseynova Güllər, Mollaçıyev İslam, Mahmudlu Zəhra, Əlizadə Leyla, Əhmədov Zöhrab və Məhərov Muraz fəallıqları ilə seçilib. "Açıq dərs"də yeni innovativ metodlardan iştifadə olunub, sinif böyük və kiçik qruplara bölünüb. Qrupların adları mövzuya uyğun olaraq seçilib. Dərsdə tədqiqat sualları qoyulub və şagirdlər tapşırıqları yerinə yetiriblər. Qrup liderləri və qrup üzvləri sualları ətraflı şəkildə cavablandırıblar, müzakirələr aparıblar ,təqdimatlar nümayiş etdiriblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi