Təkərdə bitən güllər

Təkərdə bitən gülləri sulamaq üçün olan boruların təqdimatı Yaradan təbiətdə nə yaradıbsa hamısını gözəl xəlq edib. Biz bu gözəlliyə daxili xeyirxah gözlərlə baxsaq, onlar olduöundan daha da canlı görsənir. Ətrafımızdakılara rəssam gözü ilə baxsaq qurumuş ağacda da bir gözəllik taparıq. İnsanlar canlı təbiətdə sıx əlaqəlidirlər. Yəni təbiət olmasa insan olmaz, insan olmasa təbiət nəyə lazımdır. Cəmiyyətdə təkmilləşmə gəldikcə, onlar yeni ixtiralar etməyə çalışırlar. Təkərlərdə bitki yetişdirmək fikri də məndə yeniliyə doğru can almağımdan yaranıb. Mən ümumiyyətlə eksperiment aparmağı çox sevirəm. Bu işdə də böyüklərdən kömək almaqla yanaşı, öz bacarığımı artırmış oldum. Təkərlərin içindən boru keçirməklə bitkiləri su ilə təmin etdim. Mən əkdiyim bitkilərin çiçəklərini gördikdə çox fərəhlənən və gələcəkdə yeni ideyalar həyata keçirmək üçün can ataram. Məmmədova Zəhra 4 “a”
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi