
- Zinyət Əhmədova Ziyad
- Vəzifə: Direktor
- Fənn: Biologiya
- Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Dövlət Pedaqoji Universiteti
- Təvəllüd: 17.01.1960
- İlk fəaliyyət ili: 17.01.2007
- E-mail: [email protected]
Əhmədova Zinyət Ziyad qızı 1960-cı ildə Qərbi Azərbaycanın Masis rayonunun Zəhmət kəndində ziyalı ailəsində anadan olub.1968-ci ildə həmin kəndin orta məktəbində təhsilə başlayıb.1970-ci ildə Bakı şəhəri Binəqədi rayonundakı 30 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib.1978-ci ildə həmin məktəbi bitirib.1979-cu ildə N.Tusi adına Azərbaycan Pedoqoji Universitetinin coğrayiya, əlavə biologiya fakültəsinə daxil olub.1984-cü ildə həmin universiteti bitirərək coğrafiya və biologiya müəllimi ixtisasına yiyələnib.İlk pedoqoji fəaliyyətinə1989-cu ildə Binəqədi rayonu 144 nömrəli tam orta məktəbdə başlayıb.1 il həmin məktəbdə əvəzçi coğrafiya müəllimi işləyib 1990-cı ildə Binəqədi rayonu 99 nömrəli tam orta məktəbdə coğrafiya dərnəyinin rəhbəri kimi fəaliyətini davam etdirib.1992-ci ildən 2007-ci yanvarın 17-dək həmin məktəbdə biologiya müəllimi işləyib. Öz elmi-pedoqoji səviyyəsini yüksəltmək üçün 1999-cu ildə ”Biologiyanın tədrisində ümumiləşdirici dərslərin imkan və yolları” mövzusunda disertasiya işini tədqiq etməyə başlayıb. Fəal elmi tədqiqat işi apararaq 2005-ci ildə bu disertasiya işini müdafiə edib, Pedoqoji Elmlər namizədi alimlik dərəcəsinə layiq görülüb. Çoxlu sayda məqalələrin, proqramların, orta məktəb dərsliklərinin, metodik tövsiyyə və monoqrafiyaların müəllifidir. Ailəlidir, 3 övladı var.