Vətən oğulları

26 sentyabr 2023-cü il tarixində Namiq Məmmədov adına 9 nömrəli tam orta məktəbdə 27 sentyabr “Anım Günü” nə həsr olunmuş “Vətən oğulları” adlı dəyirmi masa keçirildi. Dəyirmi masada 44 günlük müharibədə igidlik göstərən “Gənc Qazilər İctimai Birliyi”nin üzvləri Əliyev Baris Rəfail oğlu, Vəliyev Əfsun Alik oğlu, Bədəlov Faiq Tahar oğlu, Rəhimov Həmzə Müşviq oğlu, Məmmədov Raif İsgəndər oğlu iştirak etdilər. Onlar Xocavənd, Zəngilan, Suqovuşan, Füzuli, Cəbrayıl, Ağdam, Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşmuş, Orden və Medallarla təltif olunmuşlar. Qazilər çıxış edərək keçdikləri şərəfli döyüş yolu haqqında tədbir iştirakçılarına geniş məlumat verdilər. Sonra 9 nömrəli tam orta məktəbin direktoru Zinyət xanım Əhmədova çıxış edərək tarixi torpaqlarımız haqqında danışdı, gələcəkdə də ərazi bütövlüyümüzü qorumağı və bir qarış torpağımızı belə düşmənə verməməyi tövsiyə etdi. Daha sonra tarix müəllimi Amalya Zalova, məktəbin müəllimi Qarabağ qazisi, kapitan Nahid Abdullayev  çıxış etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi