HAQQIMIZDA

   9 nömrəli məktəb 1965 -ci ildən fəaliyyətə başlayıb. Məktəb 1994-cü ildən etibarən Namiq Məmmədovun adını daşıyır. Namiq Məmmədov

1992-ci il yanvarın 31-dən  fevralın 1-nə keçən gecə Əsgəran rayonunun Naxçıvanik kəndi uğrunda qüvvələrin qeyri-bərabər olduğu döyüşdə qəhrəmancasına həlak olub.Şəhidlər Xiyabanında dəfn edilib.  Namiq Məmmədov evli idi. Bir qız övladı var.

Məktəb üç mərtəbəli iki korpusdan ibarətdir. Məktəbdə həm Azərbaycan, həm də rus bölməsi var. Məktəbin məqsədi hər bir şagirdi yüksək keyfiyyətli təhsillə təmin etməkdir. Hal-hazırda məktəb üzrə 42 sinifdə  1023 şagird təhsil alır. Məktəbdə 72 müəllim, şagirdin təhsil və tərbiyəsi ilə məşğul olur. Məktəb 5 günlük iş rejimi ilə bir növbədə fəaliyyət göstərir. 2014-cü ildə məktəbimiz Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilmişdir. Məktəbdə zəngin maddi-texniki baza ilə təchiz olunmuş biologiya, fizika, informatika kabinetləri fəaliyyət göstərir. Məktəbdə sinifdən xaric işlərə geniş yer verilir. Öz istedadı və bacarığı ilə seçilən uşaqlar müxtəlif dərnəklərə cəlb edilirlər. Məktəbin bir çox şagirdləri yüksək göstəricilərlə ali məktəblərə qəbul olunmuşlar. Yeni kurikulumların öyrənilməsi və yeniliklərin müəllimlərə çatdırılması istiqamətində mütəmadi olaraq elmi metodiki yeniliklərlə, qabaqcıl təcrübələrlə müəllimləri tanış etmək məqsədi ilə hər ayın sonunda fənn birləşmə iclasları keçirilir. 2016-cı ildə yaradılmış " Kiçik Akademiya '' AMEA-nın          '' Gənc Alim və Mütəxəssislər Şurası ''  nın dəstəyi ilə şagirdlərin potensial istedadının aşkara çıxarılması, onların gələcək inkişafının düzgün istiqamətləndirilməsinin təmin edilməsi məqsədi ilə həyata keçirdiyi tədbirlər nəticəsində bir sıra uğurlara imza atmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi