"Kiçik Akademiya"

01.10.2018 – ci il tarixindən məktəbimizdə “Kiçik Akademiya” fəaliyyətə başladı. Həmin gün Akademiyada fəaliyyət göstərəcək şagird və müəllimlərlə birgə görüş keçirildi və “Kiçik Akademiya” nın əsasnaməsi ilə tanış olundu. Görüləcək işlər planlaşdırıldı: 1. Elmi – tədqiqat fəaliyyətinə meylli istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq , mövcud yaradıcılıq potensialları nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək. 2. Şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək. 3. Şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq. 4. Tanınmış alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etmək. 5. Tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi