“Bütöv Azərbaycana ilk bahar gəlir” bayram festivalı keçirilib

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Bütöv Azərbaycana ilk bahar gəlir” adlı bayram festivalı keçirilib. Bayram tədbirinin keçirilməsində məqsəd xalqımızın qədim tarixini, milli adət və ənənələrini  gənc nəslə daha yaxından tanıtmaq, təbliğ etməkdir.

   Tədbirdə şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, yallı gedib, şeirlər səsləndirib, maraqlı səhnəciklər və digər özfəaliyyət bacarıqlarını nümayiş etdiriblər.

   Məktəbin direktoru Cavid Əliyev festival iştirakçılarını xalqımızın milli bayramı olan Novruz münasibətilə ürəkdən təbrik edib, firavanlıq və xoş günlər arzulayıblar. Bildirilib ki, digər illərdən fərqli olaraq bu il Novruz bayramı ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycanda qeyd edilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi