Şagirdlərlə psixoloji söhbətlər aparılıb

Məktəbin illik fəaliyyət planına uyğun olaraq mayın 1-də məktəbin psixoloqu Nazilə Şıxıyevanın rəhbərliyi ilə VI siniflərlə psixoloji söhbət aparılıb.

    Məqsəd yeniyetməlik dövrünə keçidlə bağlı şagirdin həyatında baş verən dəyişiklikləri öyrənmək, yeni mərhələ ilə bağlı onlara kömək etmək, onları psixoloji baxımdan gələcəyin əsl vətəndaşı kimi hazırlamaqdan ibarətdir.

     İclasda mənfi  emosiyalar  və onun  aradan  qaldırılmasında  özünüələalmanın  rolu, davranış qaydaları, kollektivdə  konflikt  şəraitinin  aradan  qaldırılması, stressin  insan  həyatına  təsiri  və  onun  aradan  qaldırılması yolları və s. mövzuda müzakirələr aparılıb. Şagirdlərə tövsiyələr verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi