Suraxanı gəmi-muzeyinə və Zoologiya Muzeyinə ekskursiya

   "Suraxanı" gəmi-muzeyinə və Zoologiya Muzeyinə ekskursiya təşkil olunub.
20.04.2024-cü il tarixində  ibtidai sinif müəllimi Aygün Ağayevanın təşkilatçılığı ilə 3b sinif şagirdlərinin "Suraxanı" gəmi- muzeyinə və Zoologiya Muzeyinə gəzintisi baş tutub. Şagirdlər dünyanın ilk gəmi-muzeyində Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanış olublar, 360 dərəcəli ekranla nümayiş olunan videoda baş verənlərin birbaşa "iştirakçısı"na çevriliblər.
Zoologiya Muzeyində isə şagirdlər Azərbaycan ərazisində yaşayan onurğasızlar, balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilərin müqəvva və eksponatları ilə tanış olub , bələdçinin izah etdiyi maraqlı məlumatları və açıqlamaları dinləyiblər.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84Məktəb #ekskursiya #muzey #şagird #müəllim #fəalməktəb #virtualməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi