Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Əliyevanın təşkilatçılığı və 8a sinif şagirdlərinin iştirakı ilə birgə tədbir

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyi qeyd olunur.

Bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən aprel ayı ərzində "Məktəblərdə Məhəmməd Füzuli ayı" layihəsinə start verilib. Layihənin icrası məqsədilə 17.04.2024-cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Əliyevanın təşkilatçılığı və 8a sinif şagirdlərinin iştirakı ilə birgə tədbir keçirildi. Şagirdlər məktəbin kitabxanasında M.Füzulinin həyat və yaradıcılığına həsr olunmuş kitablarla tanış oldular, mütaliə etdilər, söz ustadının qəzəllərini səsləndirdilər. Sonda isə "Füzuli rindü şeydadır" filmi nümayiş olundu.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84Məktəb #530illikyubiley #sözustadı #mütaliə #fəalməktəb #virtualməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi