Əmircan qəsəbəsində yerləşən H.Əliyev parkında təmizlik işləri

  Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri ilə Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planına əsasən məktəbin ibtidai sinif müəllimi Nübar Ramazanovanın rəhbərliyi ilə 2c sinif şagirdləri Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən H.Əliyev parkında təmizlik işləri həyata keçirmişlər. Şagirdlər böyük həvəslə park ərazisində olan plastik qutu, kağız parçaları, polietilen materiallardan olan zibilləri toplamış, fidanların dibini yumşaltmış və sulamışlar. Sonda isə onlar təbiətin, ətraf-mühitin təmiz saxlanılması, qorunması üçün çəkdikləri rəsmləri ağaclara yapışdırmışlar.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84Məktəb #Yaşıldünyanaminəhəmrəylikili #şagird #təbiətiqoruyaq #fəalməktəb #virtualməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi