“Milli-mənəvi dəyərlərimiz tarixi sərvətimizdir” mövzusunda “dəyirmi masa” keçirilib

       Martın 27-də məktəbin illik fəaliyyət planına uyğun olaraq Süsən Seyidovanın rəhbərliyi ilə “Milli-mənəvi dəyərlərimiz tarixi sərvətimizdir” mövzusunda “dəyirmi masa” keçirilib.

      Məqsəd şagirdlər arasında milli-mənəvi dəyərlərimizin təbliğini gücləndirmək, dəyərlərimizin qorunması işinə töhfə vermək olub. “Dəyirmi masa” da milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının günümüz üçün aktual olan mövzulardan olduğu bildirilib.

        Qeyd olunub ki, milli ideologiya, milli tarix, milli dil, dinimiz, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz və muğamlarımız, fərdi yaddaşı, etnos yaddaşını, millətin, xalqın yaddaşını ehtiva edən folklorumuz bizim milli-mənəvi dəyərlərimizdir və onları qorumaq hər birimizin vətəndaşlıq borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi