Autizm maarifləndirmə ayı çərçivəsində "Mənim mavi dünyam" adlı tədbir

  Autizm maarifləndirmə ayı çərçivəsində "Mənim mavi dünyam" adlı tədbir keçirildi.

Məktəbin 2c inklüziv təhsil sinfində sinif rəhbəri Nübar Ramazanovanın təşkilatçılığı, şagirdlərin iştirakı ilə maarifləndirici tədbir keçirildi.

2007-ci ildən etibarən BMT-nin qərarı ilə 2 Aprel Dünya Autizm Məlumatlandırma Günü kimi qeyd olunur. Bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də geniş miqyasda qeyd edilir.

Bu günün təsis edilməsində əsas məqsəd cəmiyyətin diqqətini sözügedən şəxslərin problemlərinə çəkmək, maarifləndirmə tədbirlərinin keçirilməsinə şərait yaratmaqdır.

Tədbirdə 2c sinif şagirdlərinin təqdimatında şeirlər söylənildi, rəqslər nümayiş etdirildi, " Turpun nağılı" səhnələşdirildi, məktəbin 6b sinif şagirdlərinin iştirakı ilə hazırlanan maarifləndirici videoçarx nümayiş olundu. Hüseynzadə Nihadın ifasında "Ana" mahnısı duyğulu anlar yaşatdı.

Tədbirin sonunda məktəbin direktoru Röya İslamova çıxış edərək inklüziv təhsilin əhəmiyyətindən, bu siniflərdə təhsil alan şagirdlərin 2 il ərzində əldə etdiyi uğurlu nəticələrdən danışdı. Tədbirin ərsəyə gəlməsində böyük əməyi olan Nübar Ramazanovaya, korreksiyaedici pedaqoq Bahar Mustafayevaya, məktəbin psixoloqu Dilşad Yusubovaya və valideynlərə təşəkkürünü bildirdi.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84Məktəb #EduAz #BakuEduAz #inklüzivtəhsil #dünyaautizmmaarifləndirməgünü #şagird #müəllim #fəalməktəb #virtualməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi