6b və 8c sinif şagirdlərinin "Bakı Bilim Mərkəzi"nə səfəri

 26.04.2024-cü il tarixində sinif rəhbərləri Günay Quliyeva və Fəridə Əsgərovanın təşkilatçılığı ilə 6b və 8c sinif şagirdlərinin "Bakı Bilim Mərkəzi"nə səfəri baş tutub.

Mərkəzdə təlimlər 6 fərqli laboratoriyalarda: Sahibkarlıq, Astronomiya, kosmos və aviasiya, Riyaziyyat, Dizayn, Təbiət elmləri və Texnologiya laboratoriyalarında həyata keçirilir. Laboratoriyaların hər birinə aylıq üç fərqli mövzu seçilir. Seçilən mövzular isə şagirdlərin dünyagörüşünə, yaş qruplarına və məktəb dərslərinə uyğun olaraq müəyyənləşdirilir.

Məqsəd 6-14 yaşlı şagirdlərin elmə, innovasiyaya marağının formalaşdırılması, onların kiçik yaşlarından maraq dairəsinə uyğun gələn sahələrin inkişaf etdirilməsinə dəstək göstərməkdir.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84Məktəb #EduAz #BakuEduAz #Bakıbilimmərkəzi #innovasiya #təlim #laboratoriya #dünyagörüş #müəllim #şagird #fəalməktəb #virtualməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi