“Biz rus dilində danışırıq” mövzusunda tədbir keçirilib

      Məktəbin fəaliyyət planına uyğun olaraq xarici dil aylığı çərçivəsində martın 7-də Məlahət Alməmmədovanın təşkilatçılığı və 6”A”, 7”B” sinif şagirdlərinin iştirakı ilə   “Biz rus dilində danışırıq” mövzusunda tədbir keçirilib.

    Məqsəd şagirdlərin rus dili fənni üzrə bilik və bacarıqlarının möhkəmləndirilməsi, müvafiq fənnin tədrisi vəziyyətinin yoxlanılmasıdır.

     Tədbirdə məktəblilər  vətənə, anaya, müəllimə olan məhəbbətlərindən rus dilində bəhs ediblər.Şagirdləri öz bacarıqlarını nümayiş etdirərək rus dilində şeir,mahnı səsləndiriblər,səhnəciklər nümayış etdiriblər.

    Fənn müəllimi M.Alməmmədova çıxış edərək Azərbaycanda Rus dilinə, mədəniyyətinə, dilinə göstərilən diqqət və qayğını, şagirdlərin bu fənnə maraq göstərdiklərini xüsusi vurğulayıb.

   Tədbirdə şagirdlər, müəllimlər və valideynlər iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi