"Layla, Xocalım, layla" mövzusunda sinif təşkilat saatı keçirildi

Məlum olduğu kimi, məktəbin İllik Fəaliyyət Planının 1.3.16-cı bəndinə uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığınlın formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, Ümumxalq hüzn günlərinin keçirilməsi məqsədilə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar məktəbimizdə silsilə tədbirlər keçirilir. Fevralın 19-da Əsiyə Qafarovanın təşkilatçılığı altında 3a sinif şagirdlərinin iştirakı ilə "Layla, Xocalım, layla" mövzusunda sinif təşkilat saatı keçirildi.