"Məktəblərdə Naxçıvan ayı" layihəsi çərçivəsində dəyirmi masa

  "Məktəblərdə Naxçıvan ayı" layihəsi çərçivəsində dəyirmi masa keçirildi.

“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında“ Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli Sərəncamının icrasından irəli gələrək Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsi məqsədilə cari ilin dekabr ayı ərzində "Məktəblərdə Naxçıvan ayı” layihəsinin keçirilməsi qeyd olunmuşdur. Bununla əlaqədar məktəbin kitabxanaçıları Jalə Mirzəyeva və Yeganə Mirzəyevanın rəhbərliyi ilə məktəb kitabxanasında 9c sinif şagirdləri ilə birgə dəyirmi masa keçirildi. Proses ərzində şagirdlərə Naxçıvanın ictimai-siyasi xadimləri, yazıçı və şairləri barədə məlumat verildi, Naxçıvan mədəniyyət və adət-ənənləri, qədim tarixi, etimologiyası haqqında yazılmış əsərlər müzakirə olundu.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84Məktəb #EduAz #MəktəblərdəNaxçıvanAyı #Dəyirmimasa

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi