"Sonuncu dərviş" adlı tədbir

   S.Bəhlulzadənin 115 illiyinə həsr olunmuş "Sonuncu dərviş" adlı tədbir keçirildi.

Məktəbimizin məzunu, Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, xalq rəssamı S.Bəhlulzadənin 115 illiyinə həsr olunmuş "Sonuncu dərviş" adlı tədbir keçirildi. Tədbirdə Rəssamlar İttifaqının katibi xalq rəssamı Ağəli İbrahimov, sənətşünas alim,professor Ziyadxan Əliyev, rəssam Fərhad Muradov,S.Bəhlulzadəyə həsr olunan " Sonuncu Dərviş" kitabının müəllifi Əhməd Orucoğlu, Suraxanı rayonu İH nümayəndələri,Əmircan ziyalıları və rəssamları iştirak etdi.Məktəbin direktoru Röya İslamova qonaqları salamlayaraq dünya şöhrətli rəssamın yüz ildən artıq tarixə malik məktəbin ilk şagirdlərindən olduğunu vurğuladı.Digər çıxışçılar S.Bəhlulzadənin həyat və yaradıcılığı barədə ətraflı məlumat verərək onunla bağlı xatirələrini bölüşdülər.S.Bəhlulzadənin Azərbaycan rəssamlıq sənətinə verdiyi töhfələrdən bəhs etdilər.

  Tədbirin bədii hissəsində isə məktəbin müəllimi Məlahət Alməmmədovanın rəhbərliyi ilə şagirdlərin təqdimatında "Sonuncu dərviş" filmindən epizodlar səhnələşdirildi, rəssamın ən çox sevdiyi şair Məhəmməd Füzulinin şeirləri səsləndirildi, sözlərinə bəstələnmiş mahnılar ifa olundu.Daha sonra Əmircan rəssamlarının rəsmlərindən ibarət sərgi nümayiş olundu.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #EduAz #84Məktəb #SəttarBəhlulzadə #115illikyubiley #Sonuncudərviş #dəyərlərimiziqoruyaq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi