"Saylarla işlənən isimlərin təkdə və cəmdə olması" mövzusunda nümunəvi dərs

Azərbaycan dili və ədəbiyyat aylığı çərçivəsində nümunəvi dərslər davam edir.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnarə Xankişili 6a sinfində "Saylarla işlənən isimlərin təkdə və cəmdə olması" mövzusunda nümunəvi dərs tədris etdi. Pedaqoji proses ərzində nəzəri material şagirdlərə mənimsədildikdən sonra müvafiq tapşırıqlar qruplarla iş formasında yerinə yetirildi. Həmçinin qrupların cavabları müzakirə olunaraq ətraflı izahlar verildi.
Məqsəd qarşıya qoyulan təlim məqsədinə nail olmaqla yanaşı şagirdlərdə əməkdaşlıq, fikir mübadiləsi aparmaq və qarşılıqlı hörmət əsaslı işləmə qabiliyyətlərini gücləndirməkdir.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #EduAz #84nömrəliməktəb #Nümunəvidərs #pedaqojiproses #müəllim #şagird