"Anım Günü" ilə əlaqədar "Ölməz Lider" adlı tədbir

"Anım Günü" ilə əlaqədar "Ölməz Lider" adlı tədbir keçirildi.
12 dekabr - "Anım Günü" ilə əlaqədar keçirilən tədbir Azərbaycanın müstəqil dövlətçiliyinin inkişafına və H.Əliyevin ölkə siyasətinə verdiyi töhfələrin xatırlanması məqsədini daşıyır. Tədbir Ulu Öndərin və qəhrəman oğullarımızın ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə açıq elan olunmuş, ölməz liderin həyat və yaradıcılıq yoluna həsr olnmuş videoçarx nümayiş olunmuşdur. Daha sonra şagirdlərin təqdimatında şeirlər səsləndirilmiş, mahnılar ifa edilmişdir.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84Məktəb #EduAz #HeydərƏliyev #AnımGünü #ÖlməzLider