"Şeirin xəzrisi" adlı xüsusi dərs

Şair, nasir, dramaturq Nəbi Xəzrinin 100 illiyi münasibətilə "Şeirin xəzrisi" adlı xüsusi dərs tədris olundu.
Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 09.09.2024-cü il tarixli sərəncamından irəli gələn tədbirləri həyata keçirmək məqsədilə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnarə Xankişili 7b sinfində "Şeirin xəzrisi" adlı xüsusi dərs tədris etdi. Pedaqoji proses M.Babayevin ifasında sözləri N.Xəzriyə məxsus olan "Pəncərəmə qondu çiçək" musiqisindən bir parçanın dinlənilməsi ilə başlanmış, şagirdlər N.Xəzrinin həyat və yaradıcılıq yolu barədə videoçarx izləmiş, şeirlərini səsləndirmiş, "Tufanla söhbət" şeiri üzərində təhlil aparmışlar. Sonda qalib komandalar - "Danışan əllər" və "Dəniz lövhəsi" müəyyənləşdirilmiş, diplomla mükafatlandırılmışdır.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84nömrəliməktəb #EduAz #NəbiXəzri #100il #Şeirinxəzrisi #xüsusidərs