"Ağıllı canlılar" mövzusunda nümunəvi dərs

Azərbaycan dili və ədəbiyyat aylığı çərçivəsində nümunəvi dərs keçirildi.
Məktəbin İllik Fəaliyyət Planına uyğun olaraq şagirdlərin ayrı-ayrı fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması məqsədilə tədris ili ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Bu məqsədlə dekabr - Azərbaycan dili və ədəbiyyat aylığı çərçivəsində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Böyükkişizadə 5c sinfində "Ağıllı canlılar" mövzusunda nümunəvi dərs keçmişdir. Pedaqoji proses ərzində şagirdlərə canlılarla bağlı videoçarx nümayiş olunaraq onlarda motivasiya yaradılmış, cütlərlə iş formasından istifadə olunmaqla müvafiq tapşırıqların icrası həyata keçirilmiş, sonda şagirdlərin özünüqiymətləndirmə bacarıqları izlənilmişdir.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84Məktəb #Azərbaycandilivəədəbiyyataylığı #nümunəvidərs #özünüqiymətləndirmə