Biologiya fənni üzrə "Sosial-Emosional Öyrənmə" mövzusunda dərs

Biologiya fənni üzrə "Sosial-Emosional Öyrənmə" mövzusunda dərs
"Bullinqlə mübarizə ayı" çərçivəsində görüləcək işlərdən biri də dərslərin "Sosial Emosional Öyrənmə" mövzusunda təşkil olunmasıdır.Bu məqsədlə məktəbin biologiya müəllimi Aytəkin Quliyeva tərəfindən dərs keçirildi. Dərs "Biologiyada Emosiyalar və Sosial Davranışlar" mövzusunda təşkil olundu.
Əvvəlcə psixoloq tərəfindən şagirdlərlə "Emosiya nədir?" "İnsanlar emosiyalarını necə ifadə edirlər?" sualları ətrafında müzakirə aparıldı. Daha sonra biologiya müəllimi tərəfindən "Sosial davranışlar bioloji olaraq necə formalaşır?" sualına ətraflı məlumat verdi .Sonda şagirdlər kiçik qruplara bölünərək qrup işləri hazırlandılar. #ElmvəTəhsilNazirliyi #BŞTİ #bullinqləmübarizəay #Sosialemosionalöyrənmə #biologiya