"Şagird Şurası"na üzv təyin edilən şagirdlərlə görüş

“Ümumi təhsil müəssisələrində bullinqlə mübarizəyə dair qaydalar”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmrinə əsasən məktəb rəhbərliyinin iclası keçirilib. Bullinqlə Mübarizə Şurasının yaradılması, rəhbəri və üzvlərinin seçilməsi məsələsi, Şagird Şurasının seçilməsi prosesi haqqında müzakirələr olunub.
Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı, UBTR və psixoloq tərəfindən "Şagird Şurası"na üzv təyin edilən şagirdlərlə görüş keçirilib. Həmin şagirdlərin dəstək olacaqları məsələlər qeyd olunub. #ElmvəTəhsilNazirliyi #BŞTİ #Bullinqləmübarizə #BMR #ŞagirdŞurası