Təşkilat saatı

Təşkilat saatı keçirildi.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransları Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində hər il keçirilən konfranslardır. Bu görüşlər iqlim dəyişikliyi ilə mübarizədə əldə edilmiş tərəqqini qiymətləndirmək və inkişaf etmiş ölkələr üçün istixana qazı emissiyalarını azaltmaq üçün hüquqi cəhətdən məcburi öhdəliklər qoyan– Tərəflər Konfransının (COP) rəsmi görüşüdür.
3b sinif rəhbəri Sevda Ələkbərova COP 29-un mahiyyəti, onun əhəmiyyəti barədə şagirdlərə məlumat verdi. Şagirdlər yaşıllıqların qorunub çoxaldılması, günəş və külək enerjisindən istifadə haqqında öyrəndiklərini söylədilər. Hazırladıqları günəş enerjisi modelini, ağac modellərini, çəkdikləri şəkilləri nümayiş etdilər. Daha sonra şagirdlərin təqdimatında "Güllərim" rəqsi nümayiş olundu. Sonda şagirdlər "Yaşıl dünya naminə həmrəy olaq!" şüarını səsləndirdilər.
Təşkilat saatında ibtidai siniflər üzrə metodbirləşmə sədri Nübar Ramazanova da iştirak etdi.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84nömrəliməktəb #EduAz #COP29 #YaşılDünyaNaminəHəmrəyOlaq #təşkilatsaatı