Narkomaniya-cəmiyyətimizin bəlası" mövzusunda maarifləndirici  görüş

  Narkomaniya-cəmiyyətimizin bəlası" mövzusunda maarifləndirici  görüş keçirildi.
Məktəbin fəaliyyət planına uyğun olaraq yetişməkdə olan gənc nəslin zərərli vərdişlərdən qorunmasını təbliğ etmək məqsədilə Suraxanı Gənclər Evi ilə birgə əməkdaşlıq çərçivəsində psixiatr-narkoloq, Dünya Xalqları Yazıçılar Birliyinin üzvü  Asif Kəngərli ilə görüş keçirildi. A.Kəngərli şagirdlərə zərərli vərdişlərin insan orqanizminə təsirindən, praktikasında mütəmadi rastlaşdığı aludə olanların, onların yaxınlarının düşdüyü çətin vəziyyətdən danışaraq gəncləri diqqətli olmağa, təsir altına düşməməyə çağırdı. Eyni zamanda bu mövzularda yazdığı kitabları məktəb kitabxanasına bağışladı.
Məktəbin direktoru Röya İslamova, Suraxanı Gənclər Evinin rəhbəri Natəvan Rüstəmova və digər çıxışçılar gənclərə  zərərli vərdişlərdən uzaq olmağı tövsiyə etdilər. Görüşün davamında həkim şagirdlərin mövzu ilə bağlı suallarını cavablandırdı.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84nömrəliməktəb #EduAz #Narkomaniya #gəncnəsil #şagird

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi