Maarifləndirici görüş

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlararası nikahın mənfi nəticələrinə dair maarifləndirici görüş keçirildi.Görüş məktəbin psixoloqu Dilşad Yusubova və sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Araz Balaoğlanov tərəfindən keçirildi. Şagirdlərə mövzu ilə bağlı məlumatlar verildi. Şagirdləri maraqlandıran suallar cavablandırıldı. #ElmvəTəhsilNazirliyi #BŞTİ #84məktəb #ailə #erkənnikahayoxdeyək!