Tarix-coğrafiya aylığı çərçivəsində bilik yarışı

Tarix-coğrafiya aylığı çərçivəsində bilik yarışı keçirildi.
Məktəbin Fəaliyyət Planına uyğun olaraq noyabr ayı tarix-coğrafiya aylığı elan olunmuşdur. Bununla əlaqədar coğrafiya müəllimləri "Yaşıl dünya naminə həmrəylik” mövzusunda bilik yarışı keçirmişdir. Tədbirdə məktəbin direktoru R.İslamova, təşkilatçı A.Balaoğlanov, müəllimlər və şagirdlər iştirak etmişdir. İlk olaraq məktəbin coğrafiya müəllimi Elnarə Vəliyeva “Yaşıl dünya naminə həmrəylik” mövzusunda iştirakçılara qısa məlumat vermişdir.
Yarışda məktəbin 9-cu siniflərindən təşkil olunmuş 3 komanda iştirak etmiş, sonda qalib olmuş 9a sinfinin iştirakçıları kiçik hədiyyələrlə təltif olunmuşdular.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #EduAz #Yaşıldünyanaminəhəmrəylik #Tarixcoğrafiyaaylığı #bilikyarışı #müəllim #şagird