Məktəbimiz "Ümumi təhsil müəssisələrində bullinqlə mübarizəyə dair qaydalar"ın tətbiq olunacağı pilot məktəblərdən biri seçilmişdir

Cari tədris ilindən məktəbimiz "Ümumi təhsil müəssisələrində bullinqlə mübarizəyə dair qaydalar"ın tətbiq olunacağı pilot məktəblərdən biri seçilmişdir. Bu məqsədlə pedaqoji işçilər üçün 4 günlük sağlam psixoloji mühitin təşkili ilə əlaqədar bullinqə qarşı mübarizə üzrə təlim həyata keçirildi.
Təlim zamanı "İnsan hüquqları", "İnsan hüquqları üzrə təhsil", "Stereotip və önmühakimə", "Gender bərabərliyi", "Ayrıseçkilik", "Zorakılıq", "Bullinq və onun qarşısının alınması", "Bullinq davranışının təsirləri", "Bullinq davranışı ilə mübarizə", "Anti-bullinq siyasətinin formalaşması" kimi mövzular əhatə olundu.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84nömrəliməktəb #EduAz #Pilotməktəb #Bullinqləmübarizə #təlim