VI c sinfinə şəhid Orxan Hüseynovun adı verildi

   VI c sinfinə şəhid Orxan Hüseynovun adı verildi.

Məktəbin fəaliyyət planına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi daim yad edilir.Bu məqsədlə Mehriban Əmikişiyevanın rəhbərlik etdiyi VI c sinfinə II Qarabağ müharibəsi şəhidi Baş Leytenant Orxan Hüseynovun adı verildi . Tədbirdə məktəb rəhbərliyi, şəhidin anası Xalidə Hüseynova və VI c sinif şagirdləri iştirak etdi .

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı.Məktəbin direktoru Röya İslamova və Gənclərin Çağırışaqədərki hazırlıq rəhbəri Zöhrab Muradov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki şanlı qələbəsindən danışdılar.

Şəhidin anası Xalidə xanım övladı Orxan Hüseynovun vətən sevgisini, döyüş yolu və qəhrəmanlığını qürurla vurğuladı.

Daha sonra məktəbin şagirdləri vətənpərvərlik mövzusunda mahnılar oxudular.

Vətənimizə, Müzəffər ordumuza həsr edilmiş şeirlər söylədilər,səhnəciklər nümayiş etdirdilər.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84nömrəliməktəb #EduAz #Zəfərgünü #MüzəffərAliBaşKomandan #RəşadətliOrdu

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi