8 Noyabr "Zəfər Günü" qeyd edildi

8 Noyabr "Zəfər Günü" qeyd edildi.
Məktəbin müəllimləri Məlahət Alməmmədova və Fəridə Əsgərovanın təşkilatçılığı ilə "Zəfər Günü"nə həsr olunmuş "Zəfər yolu" adlı tədbir keçirildi.
Tədbirdə məktəb rəhbərliyi, pedaqoji heyət, məktəbin məzunu şəhid Davud Məmmədov, şəhid İsabala Hüseynov və şəhid Fərid Hüseynzadənin ailə üzvləri, qazi Pərvin Mirzəağayev, Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak etmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başlandı. Tədbiri giriş sözü ilə başlayan məktəbin direktoru Röya İslamova bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki şanlı qələbəsindən dörd il ötür. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından azad edilməsi müharibənin taleyində həlledici rol oynamış, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir. Qonaqları salamlayaraq tədbirdə iştirak etdikləri üçün kollektiv adından təşəkkürünü bildirdi.
Sonra şəhid valideynləri də çıxış edərək öz fikirlərini söylədilər. Daha sonra məktəbin şagirdləri vətənpərvərlik mövzusunda mahnılar oxudular.
Vətənimizə, Müzəffər ordumuza həsr edilmiş şeirlər söylədilər,səhnəciklər nümayiş etdirdilər.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84nömrəliməktəb #EduAz #Zəfərgünü #MüzəffərAliBaşKomandan #RəşadətliOrdu