Hərbi rəhbər Zöhrab Muradov Fəxri Fərman və medalla təltif olundu

Hərbi rəhbər Zöhrab Muradov Fəxri Fərman və medalla təltif olundu.
Məktəbin hərbi rəhbəri Zöhrab Muradov Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin Suraxanı rayon şöbəsinin təşkil etdiyi "Şəhidlər ölməz, vətən bölünməz!" adlı tədbirdə Fəxrli Fərmanla təltif olunmuş, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən mükafatlandırılmış, ona Vətən Müharibəsi Veteranlar İctimai Birliyi tərəfindən "Böyük zəfər" medalı təqdim olunmuşdur. Həmçinin o, I Qarabağ müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmiş, ümumilikdə 21 il zabit kimi doğma vətənə xidmət göstərmişdir. Xidmət dövründə isə 6 medalla mükafatlandırılmışdı.
Hərbi rəhbərimizə fəaliyyətində uğurlar arzulayırıq.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84nömrəliməktəb #EduAz #BakuEduAz #BöyükZəfər #Şəhidlərölməzvətənbölünməz