"Bullinqə qarşı mübarizəyə dair qaydalar " pilot layihə

"Bullinqə qarşı mübarizəyə dair qaydalar " pilot layihə
Bu ildən məktəbimizdə "Bullinqə qarşı mübarizəyə dair qaydalar" pilot layihə olaraq tətbiq olunmağa başladı. Bu məqsədlə Bullinqlə Mübarizə Şurası təşkil olundu.Şura üzvləri valideynlərlə görüşlər təşkil edir.
BMŞ -nın üzvi kimi məktəb psixoloqu Dilşad Yusubova tərəfindən bullinqə qarşı mübarizə məqsədilə valideynlərlə görüşlər keçirildi. Bullinqə qarşı mübarizə məqsədilə valideynlərlə keçirilən bu görüş, məktəbdə və ailədə uşaqların psixoloji sağlamlığını qorumaq və təhlükəsiz mühit yaratmaq baxımından çox önəmlidir. Görüşdə bullinqin nə olduğu, onun psixoloji və sosial təsirləri, bullinqin əlamətləri, uşaqlarda davranış dəyişiklikləri kimi mövzular ətraflı müzakirə edildi.
Valideynlərə uşaqlara düzgün ünsiyyət, empatiya və anlayışla yanaşmağın bullinq hallarını azaltmağa necə kömək edəcəyi izah olundu.Görüşün sonunda bullinqin qarşısının alınması üçün valideynlər, müəllimlər və məktəb rəhbərliyinin birlikdə fəaliyyət göstərməsinin vacibliyi bir daha qeyd edildi.#ElmvəTəhsilNazirliyi #BŞTİ #Bullinqləmübarizə #valideyn