"Zəfərin mübarək, Azərbaycan!" adlı tədbir

   "Zəfərin mübarək, Azərbaycan!" adlı tədbir keçirildi.

Məktəbimizin məzunları, Vətən müharibəsi qaziləri Vüsal Məmmədov və Ramazan Əmikişiyevə həsr olunmuş "Zəfərin mübarək,Azərbaycan!" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması, şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başlandı. Məktəbin direktoru Röya İslamova çıxışı ilə Zəfərin qazanılmasında göstərdikləri mübarizə əzminə görə qazilərə minnətdarlığını bildirdi, şəhidlərimizə Allahdan rəhmət dilədi. Daha sonra 3a və 2ç sinif şagirdlərinin rəqsləri, şeirləri nümayiş olundu, qaziləri tanıtmaq məqsədilə onlar barədə slaydlar təqdim olundu, qazilər öz döyüş yolları barədə məlumat verdilər. Həmçinin şagirdlər onları maraqlandıran sualları qazilərə ünvanlayaraq cavablarını əldə etdilər.

Sonda qazilərin ibtidai sinif müəlliminə söz verildi, illər sonra baş tutan müəllim-şagird görüşü iştirakçılara duyğu dolu, kövrək anlar yaşatdı.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84nömrəliməktəb #EduAz #ZəfərinMübarəkAzərbaycan #qazi #şəhid #ilkmüəllim

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi