Şagirdlərimiz BilBacar müsabiqəsinin "Yarış" bölməsində iştirak etdilər

  Şagirdlərimiz BilBacar müsabiqəsinin "Yarış" bölməsində iştirak etdilər.

15.10.2024-cü il tarixindən etibarən başlayan və ümumilikdə 9 ay davam edəcək olan BilBacar müsabiqəsi Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Şagirdlərimiz 2 mərhələdən ibarət müsabiqənin "Yarış" bölməsində iştirak edərək bilik və bacarıqlarını yoxladılar.

Müsabiqənin keçirilməsində məqsəd VIII-X siniflərdə təhsil alan şagirdlərin məktəbdə qazandıqları bilik və bacarıqları həyatda istifadə etmək qabiliyyətini inkişaf etdirmək və şagirdləri bu bilik və bacarıqları real həyatda tətbiq etməyə sövq etməkdir.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84nömrəliməktəb #EduAz #BakuEduAz #BilBacar #müsabiqə #şagird

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi