8 Noyabr - "Zəfər Günü" ilə əlaqədar tədbir

8 Noyabr - "Zəfər Günü" ilə əlaqədar tədbir keçirildi.
Məktəbin Fəaliyyət Planına uyğun olaraq "Zəfər Günü" münasibətilə tədbir keçirildi.
Tədbir Azərbaycan dövlət himni ilə açıq elan olundu. Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. 3c, 3ç, 2a, 2b, 2c, 4ç sinif şagirdləri şeirlər, rəqslər, mahnılar və kompozisiyalarla yüksək vətənpərvərlik nümayiş etdirdilər.
Tədbirin fəxri qonaqları sırasında C.Naxçıvanski adına Hərbi Liseyin keçmiş kursantları - müharibə iştirakçıları, polkovnik, polkovnik-leytenant, mayor, kapitanları, taqım komandiri, eyni zamanda məktəbimizin hərbi rəhbəri Zöhrab Muradov iştirak etdilər. Sonda məktəb rəhbəri Röya İslamova çıxış edərək İkinci Qarabağ müharibəsindən məlumat verdi. Zəfərin qazanılmasında böyük şücaət göstərən qəhrəman əsgər və zabitlərimizə can sağlığı, şəhidlərimizə Allahdan rəhmət dilədi. Sözü qazi və digər qonaqlara verdi. Çıxış edənlər Vətən müharibəsindəki təəssüratlarından, xatirələrindən danışdılar.
Sonda xatirə şəkilləri çəkdirildi.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84nömrəliməktəb #EduAz #BakuEduAz #ZəfərGünü #8Noyabr #Vətənmüharibəsi